-3 C
Baku
Sunday, December 15, 2024

Bəşər Əsəd Trampın onu öldürmək niyyətinə şərh bildirdi

Suriya prezidenti Bəşər Əsəd Trampın onu öldürmək niyyətinə şərh bildirib. Onun sözlərinə görə, Amerika hakimiyyəti on illərdir ki, sui-qəsdlə məşğuldur.

Banker.az bu barədə “Rbc.ru”ya istinadən xəbər verir.

“Cinayət – Amerikanın iş metodudur, onlar bunu on illərdir tətbiq edirlər. Hər yerdə, dünyanın hər nöqtəsində. Burada yeni bir şey yoxdur. Buna görə də bu cür planların həmişə mövcud olduğunu unutmamalıyıq. Və Suriyadakı münaqişə şəraitində amerikalılardan buna bənzər bir şey gözləməliyik”, – Bəşər Əsəd söyləyib.

Əsədin fikrincə, “əgər beynəlxalq münasibətlərdə tarazlıq olmasa, Vaşinqtonu bu cür amansız hərəkətlərdən və hücumlardan heç nə çəkindirə bilməz”.

“Əks təqdirdə, bu cür davranış müxtəlif bölgələrdə getdikcə daha çox cinayətlərə səbəb olacaq və onları heç nə dayandırmayacaq”, – Suriya prezidenti əlavə edib.

Xatırladaq ki, daha əvvəl Suriya Xarici İşlər Nazirliyi Donald Trampın Bəşər Əsədi öldürmək niyyətini açıqlaması, ABŞ-ın cinayət fəaliyyətini bir daha təsdiq etdiyini bildirmişdir.

Son xəbərlər
Digər xəbərlər