1 C
Baku
Saturday, December 14, 2024

Bəs siz nə qədər ədalətlisiniz?

Ədalətin prinsipləri

1. Nəyə üstünlük veririksə, onunla da qalırıq.

2. Nədən gizləniriksə, həmin şey ilə qarşılaşmırıq.

3. Nədən qorxuruqsa, onunla da qarşılaşırıq.

4. Başqalarında biz onları deyil, özümüzü görürük.

5. Digər insanlara qarşı necə münasibət göstəririksə, onlar da bizə qarşı elə münasibət göstərirlər.

6. Həddimizi bilmədiyimizdə, həyatımızı hədsiz dərəcədə çətinləşdiririk.

7. Özünüzə azadlıq arzuladığınızda, başqalarını da özünüzdən azad edin.

8. Nəyə xidmət ediriksə, həmin gücə də tabe oluruq.

9. Nəyə sitayiş ediriksə, bizi o, idarə edir.

10. Özümüzün qadir olmadıqlarını başqalarından tələb edirik.

11. Nəyə layiqik, onu da alırıq.

12. Əgər bir haqsızlıqla qarşılaşırıqsa, deməli nə vaxtsa kiməsə haqsızlıq etmişik. Özünüz haqqında daim yaxşı və başqaları haqqında daim pis fikirləşməyi tərk edin.

13. Öz bəlalarınızda kimisi günahlandırmayın.

14. Öz problemlərinizdən qaçmayın. Əgər siz problemlə qarşılaşmısınızsa, deməli onu həll etmək lazımdır.

15. Özünüzə yalan deməyin.

16. Hər şeydə əndazəyə riayət edin.

17. Səxavətli olun.

18. Öz düşmənlərinizə qarşı mərhəmətli olun.

19. Ehtiyacları olana kömək edin.

20. Sizi incidənləri bağışlayın.

Son xəbərlər
Digər xəbərlər