7 C
Baku
Sunday, December 15, 2024

Bəzi istehlak kreditləri üzrə şərtlərdə sərtləşmə müşahidə edilir

Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə əsasən Azərbaycanda 2023-cü ilin III rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarında yumşalma ötən rüb ilə müqayisədə azalmışdır.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.

Belə ki, əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmasa da, kredit kartlar kartları üzrə kredit standartlarında yumşalmada artım və məişət avadanlıqlarının alınması üzrə kredit standartlarında isə sərtləşmə müşahidə edilib.

Banklar cari ilin son rübündə cəmi istehlak kreditləri üzrə standartlarda əhəmiyyətli dəyişikliyin olmayacağı qənaətində olsalar da, kredit kartları üzrə standartlarda yumşalmanın azalacağını və əməkhaqqı kartları üzrə kredit standartlarının yumşalacağını proqnoz edirlər.

23

Son xəbərlər
Digər xəbərlər