-3 C
Baku
Sunday, December 15, 2024

Bəzi nazirlərin parlamentdə büdcə müzakirələrində iştirak etməməsi narazılıq yaratdı

Milli Məclisin bu gün keçirilən iclasında 2016-cı ilin yenilənmiş dövlət büdcəsinin müzakirələri zamanı hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov nazirlərin və Nazirlər Kabinetinin üzvlərinin iştirak etməməsi ilə bağlı narazılığını bildirib.

O bildirib ki, bugünkü müzakirələrdə iqtisadi bloka daxil olan nazirlərin heç biri iştirak etmir: “Bu gün büdcə yenidən müzakirə olunacaq. Amma iclasda iqtisadi blokdan heç bir nazir yoxdur. Ola bilər ki, kimsə ezamiyyətdə olsun. Büdcə Samir Şərifovun və ya Mərkəzi Bankın sədrinin büdcəsi deyil ki? Heç olmasa nazirlərin müavinləri iştirak etməli idi. Nazirlər Kabinetində 6 müavin var. Mənim onlara sualım var, amma heç biri burada yoxdur. Bu yanaşma dövlət başçısının yanaşmasına heç bir halda uyğun deyil. Hesab edirəm ki, onlar bura dəvət olunmalıdır”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, nazirlərin əksəriyyəti Prezident İlham Əliyev ilə birgə İrana rəsmi səfərdə iştirak edirlər: “Nazirlər Kabineti ilə bağlı dedikərinizlə isə razıyam”.

Trend

Son xəbərlər
Digər xəbərlər