Aprelin 6-da Britaniyanın baş naziri Boris Johnson koronavirus kəskinləşməsi diaqnozu ilə London xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Böyük Britaniyada virusa yoluxma halları artmaqda davam edir.
Hökumət bildirib ki, aprelin 6-na olan məlumata görə ölkədə 51, 608 nəfər COVID-19 virusuna yoluxub, bunlardan 5373 nəfəri vəfat edib.
ABŞ prezidenti Donald Trump bildirib ki, o “dostu” və “böyük lider” Johnson-un sağalacağından “ümidvar” və “əmindir”.
Bütün dünyada koronavirusa yoluxma hallarının sayı 1.32 milyon nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 73, 707 nəfərdir. Bunların təxminən 50 mini Avropanın payına düşür.
Kəskin artımın azacıq sürət yavaşıması
Buna baxmayaraq, ABŞ-ın və Avropanın COVID-19 virusunun ən çox yayıldığı bölgələrində ölüm və yoluxma hallarının artım sürətində azacıq yavaşıma qeydə alınıb.
Bununla yanaşı ekspertlər inanırlar ki, real yoluxma və ölüm hallarının sayı qeydə alınanlardan daha çoxdur.
Buna səbəb bir tərəfdən xəstəliyin üzə çıxarılması üçün keçirilən testlərin qeyri-təkmilliyi, digər tərəfdən isə bir sıra avtoritar hökumətlərin statistikanı azaltması və ya gizlətməyə çalışmasıdır.
Birləşmiş Ştatlar bütün dünya üzrə yoluxmaların sayına görə lider olaraq qalır. ABŞ-da indiyədək 350 min nəfərədək insan COVID-19 virusuna yoluxub, vəfat edənlərin sayı 10 min nəfəri keçib.
ABŞ hakimiyyət orqanları koronavirus yoluxmasından ən yaxşı halda 100 minlə 240 min arasında insanın öləcəyini proqnozlaşdırıb.
Karantin, özünütəcrid və sosial məsafə töhfə verir
Birləşmiş Ştatlarda virusun hücumuna ən çox məruz qalmış Nyu Yorkda ölüm hallarının artım sürətində durğunluq hiss olunmağa başlayıb.
Ekspertlər bunu karantin, özünütəcrid və sosial məsafə saxlamaq kimi tədbirlərin nəticə verməsi kimi qiymətləndirirlər.
Son dörd gün ərzində gündəlik ölüm hallarının sayı 600-dən az olub və xəstəxanalarda ağ ciyər ventilyatorlarına ehtiyacı olanların da sayı azalıb.
Nyu York meri Andrew Cuomo aprelin 6-da deyib ki, infeksiya yayılmasının yavaşıması “ümidvericidir”, lakin karantin tədbirlərinin dayandırılması hələ çox tezdir:
“Rəqəmlərdən belə görünür ki, bu, dönüş nöqtəsi ola bilər. Amma hələ “hər şey qurtardı” deyə bilmərik. Qurtarmayıb. Belə səhvə başqa yerlərdə yol verilib”.
Trump və vitse-prezident Mike Pence nikbin tonda bəyənatlar veriblər və bildiriblər qarşıdan gələn həftələrdə ölkənin dönüş nöqtəsinə çatması müşahidə ediləcək.
Azadlıq.org