14 C
Baku
Thursday, May 16, 2024

B. Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Böyük Britaniya hökumətinin saytında yenilənmiş məlumatlara əsasən, Rusiya əleyhinə məhdudiyyətlərin siyahısına 42 yeni maddə daxildir.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Qeyd olunur ki, Rusiya regionlarının rəhbərləri sanksiyalara məruz qalıb. Belə ki, məhdudiyyətlər Moskva, Tümen, Sverdlovsk, Bryansk, Kursk, Nijni Novqorod, Çelyabinsk və Samara vilayətlərinin qubernatorlarına, həmçinin Başqırdıstan Respublikası və Çuvaş Respublikasının rəhbərlərinə şamil ediləcək. Bundan əlavə, Novosibirsk, Orenburq, Volqoqrad, Leninqrad, Voloqda, Kaluqa, Voronej vilayətlərinin və s. qubernatorlara qarşı sanksiyalar tətbiq edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər