27 C
Baku
Saturday, July 27, 2024

B. Britaniyada III Çarlzın təsviri olduğu ilk sikkələr təqdim edilib

Böyük Britaniyada III Çarlzın təsviri olduğu 5 və 50 funt sterlinq nominalında ilk sikkələr təqdim edilib. Bildirilir ki, III Çarlz sikkələr üzərində tacsız təsvir olunub. Sikkələrin kənarı ilə latın dilində “Kral III Çarlz, Allahın lütfü ilə, imanın müdafiəçisi” yazılıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

5 funt sterlinqlik sikkənin əks tərəfində II Elizabetin iki portreti təsvir olunub və onun hakimiyyəti illəri (1926–2022) yazılıb. Sikkələrin xüsusi kolleksiyası bazar ertəsi, oktyabrın 3-də buraxılacaq.

photo1664513800

Kraliça II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Onun dəfn mərasimi sentyabrın 19-da baş tutub. Kraliçanın oğlu Çarlz taxtın varisi olub. O özünə III Karl adını götürüb.

Son xəbərlər
Digər xəbərlər