15 C
Baku
Friday, April 26, 2024

B. Britaniyanın 130 min şirkəti “Google”a qarşı 16.3 milyardlıq iddia qaldırıb

1.75 milyon veb-sayt və mobil tətbiq yaradıcısı 130 min şirkət adından Böyük Britaniya Apelyasiya Məhkəməsində “Google”a qarşı kollektiv iddia qaldırıb. Onlar texnologiya nəhəngindən 13.6 milyard funt sterlinq (16.3 milyard dollar) məbləğində təzminat tələb edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şikayətçilər iddia edirlər ki, “Google onlayn reklam bazarında öz dominant mövqeyindən sui-istifadə edərək qiymətləri və şərtləri diktə edir. Məhz buna görə bu və ya digər səbəbdən Google alətlərindən imtina etmək imkanı olmayan şirkətlər reklam gəlirlərinin 40%-ni itirə bilər”.

Məlumata görə, iddiaçılar öz mövqelərini qorumaq üçün 2021-ci ilin iyununda ədalətli rəqabətə xələl gətirdiyinə görə şirkəti 220 milyon avro cərimələyən Fransa tənzimləyicisinin qərarına istinadən edə bilərlər.

“Google”un sözçüsü bütün baş verənləri spekulyasiya adlandırıb. Qeyd edək ki analoji iddia gələn il Hollandiyada da açıla bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər