15 C
Baku
Wednesday, April 24, 2024

B.Britaniyanın müdafiə naziri Putini “qısaboy sindromlu dəli” adlandırıb

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiya prezidenti Vladimir Putini “qısaboy sindromu” olan “dəli” kimi xarakterizə edib. “Düşünürəm ki, prezident Putinin özünə və dünyaya baxışı qısa adam sindromu və maço perspektividir”, – müdafiə naziri Uolles açıqlamasında bildirib. “Amma məncə, burada əsl problem odur ki, Rusiya sistemində bəzi dövlətlərin digərlərindən daha az hüquqlara malik olduğu və onların hüquqlarının sayılmadığı fikri var. Onlar düşünürlər ki, özlərini yeni tarixə yerləşdirməyin yolu zorakılıq və işğaldan keçir” – Uolles əlavə edib.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova üçün də “dəli” ifadəsini işlədən Uolles belə deyib: “Xarici İşlər Nazirliyinin sözçüsü hər həftə komediya şousu kimi bəyanat verir, hamını nüvə silahı ilə başqa şeylərlə hədələyir. O da Putin kimi dəlidir”.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər