2 C
Baku
Saturday, December 14, 2024

Baba Rzayev: “İstilik elektrik stansiyasına investisiyalar ən uzağı 6 ilə qaytarılacaq”

Bu gün təməli qoyulan müstəqillik dövrünün 1 280 MVt gücündə olan ən böyük İstilik Elektrik Stansiyasına (İES) yatırılan investisiyalar maksimum 6 ilə qaytarılacaq.

Bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev AzTV-də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mövcud şərtlər qoyulan investisiyaların daha tez qaytarılmasına imkan verir:

“Əgər indiki bazar qiymətləri ilə baxsaq faktiki olaraq daha tez gözləyirik ki, həmin investisiya qayıtsın. Amma maksimum 6 ilə qoyulan investisiya qaytarılacaq”.

Xatırladaq ki, bu gün Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1 280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Ümumi dəyəri 400 milyon ABŞ dolları olan layihənin investisiyasının 60 %-ni “Azərenerji” ASC daxili imkanlar hesabına, 40 %-ni isə kreditlər hesabına qarşılanacaq.

Son xəbərlər
Digər xəbərlər