“Bank Respublika” ASC “Back-end developer” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
Bank daxili yeni proqramların yaradılması.
Namizədə qarşı tələblər:
Ali təhsil;
Python və ya Java proqramlaşdırma dili üzrə biliklər;
RESTful API və HTTP-nin işləmə prinsipləri barədə anlayış;
GIT ilə sərbəst işləmə bacarığı;
SQL, PL/SQL üzrə bilikləri arzuolunandır;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.
Sizə nə təklif edirik?
Əlverişli iş mühitində çalışmaq imkanı;
Rəqabətli əmək haqqı;
Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, email-in mövzu hissəsində “Back-end
developer” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə
əlaqə saxlanılacaqdır.