25 C
Baku
Wednesday, May 29, 2024

Baffetin holdinqi aviaşirkətlərdə olan səhmlərini satıb

Amerikan “Berkshire Hathaway” holdingi pandemiya fonunda əlindəki ABŞ aviaşirkətlərinin səhmlərini satıb.

Bu barədə konqlomeratın başçısı Uorren Baffet investorlarla videokonfrans zamanı bildirib.

“Aviaşirkətlər üçün dünya dəyişdi. Bilmirəm necə dəyişib, ümid edirəm vəziyyət olduqca tez düzəldiləcəkdir”, – U.Buffet deyib. Qiymətli kağızların dəyəri təxminən 4 milyard dollar dəyərində qiymətləndirilib. Onlar arasında “United Airlines”, “Delta Airlines”, “American Airlines” və “Southwest Airlines” şirkətlərinin səhmləri var.

“Berkshire Hathaway” mayın 2-də 2020-ci ilin ilk rübü üçün korporativ hesabat təqdim edib. Martın 31-də başa çatan üç aylıq dövrün nəticələrinə görə holdingin xalis zərəri 49,7 milyard dollardır. Ötən il şirkətin qazancı 21.7 milyard dollar olaraq qiymətləndirilib. CNBC kanalı “Berkshire Hathaway”ın əvvəllər belə böyük miqdarda itkilərə uğramadığını qeyd edib.

Uorren Buffet “Bloomberg”in son hesablamalarına görə dünyanın ən varlı adamları siyahısında beşinci yeri tutur. Onun sərvəti 72 milyard dollar məbləğində qiymətləndirilir. “Berkshire Hathaway” onlarla şirkətdə böyük paylara sahibdir. Onların arasında aparıcı ABŞ bankları, avadanlıq istehsalçıları var.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər