26 C
Baku
Saturday, July 27, 2024

Bağlanan banklardan əmanətləri necə alacağıq?

Məlum olduğu kimi, bu ay Mərkəzi Bank 6 bankın lisenziyasını ləğv etmişdir.

Qeyd edilən banklarda sığortalanmış əmanətlərdərə görə kompensasiyanın həcmi təxminən 70 mln. manat təşkil edir.

Fonddan verilən məlumata görə, kompensasiyaların verilməsi prosesinə artıq başlanmaqdadır.

Kompensasiyaların ödənişi “Muğanbank”, “Rabitəbank” və “Unibank” bank-agentləri vasitəsilə həyata keçiriləcək: “Bank of Azerbaijan”da əhalinin əmanətləri üzrə kompensasiyaların həcmi təqribən 24 milyon manat təşkil edəcək. Daha dəqiq rəqəm hesablamalar başa çatdıqdan sonra məlum olacaq. Bankın müştəriləri kompensasiyaları “Muğanbank” vasitəsilə, bankın Naxçıvandakı əmanətçiləri isə “Rabitəbank” vasitəsilə ala biləcəklər”.

Fonddan oda bildirilib ki, qaydalara əsasən, kompensasiyaların ödənişi bank müflis elan edildikdən 7 gün sonra başlayacaq: “Bank of Azerbaijan”da əmanətlər üzrə kompensasiyaların ödənişi birigün başlayacaq. Növbəti bank “Gəncəbank” olacaq və s.”

Son xəbərlər
Digər xəbərlər