7 C
Baku
Thursday, December 12, 2024

Bağlanmış 11 bankın əmanətçilərinə kompensasiylar ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ötən il lisenziyası ləğv edilmiş 11 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 747,793 mln. manat ödənilib.

Bunlardan ləğv prosesində olan “Atrabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 31 milyon 024 min manat olmaqla onlardan 26 milyon 995 min manatı qorunan əmanətlər, o cümlədən 14 milyon 614 min manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 14 milyon 351 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) və 263 min 316 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 11 milyon 996 min manat olmaqla onlardan 6 milyon 617 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 090 min manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 2 milyon 004 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 95,8%-i) və 86 min 452 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan QSC “Bank Standard”da fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 596 milyon 499 min manat olmaqla onlardan 554 milyon 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 milyon 154 min manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 437 milyon 609 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 99,2%-i) və 3 milyon 544 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “United Credit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3 milyon 550 min manat olmaqla onlardan 3 milyon 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 099 min manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 1 milyon 837 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5%-i) və 262 min 485 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixə qədər qorunan əmanətçilərə 24 milyon 191 min (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək qorunan əmanətçilərə 976 min 441 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərinə 120 milyon 400 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Parabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərinə 43 milyon 222 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb Ümumilikdə qorunan əmanətçilərə 72 milyon 196 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 27 milyon 914 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 3 milyon 088 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) kompensasiya ödənilib.

Son xəbərlər
Digər xəbərlər