1 C
Baku
Saturday, December 14, 2024

Bağlanmış son 4 bank üzrə kompensasiyaların ödənilməsi başa çatmaq üzrədir

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 23 min 724 əmanətçiyə, 569 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Banker.az xəbər verir ki, bu barədə  Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Bu il iyunun 16-dan noyabrın 10-dək ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən 206 milyon 765 min 622 manat kompensasiya ödənilib. “AG Bank” üzrə 4404 əmanətçiyə 88 milyon 803 min 684 manat, “NBC Bank” üzrə isə 4068 əmanətçiyə 117 milyon 961 min 939 milyon manat kompensasiya ödənilib.

İyunun 1-dən noyabrın 6-dək “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın əmanətçilərinə 362 milyon 415 min 481  manat kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə “Amrah Bank” üzrə 5675 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137 milyon 437 min 213 manat, “Ata Bank” üzrə 9577 əmanətçiyə isə 224 milyon 978 min 268 manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.

 

Son xəbərlər
Digər xəbərlər