8 C
Baku
Friday, December 13, 2024

“Bakcell”in Direktorlar Şurasına təyinat

Salvador Anqladan “Bakcell” MMC-nin Direktorlar Şurasına üzv təyin edilib.

Banker.az xəbər verir ki, Salvador Anqlada telekommunikasiya və İT sahələrində 27 ildən çox iş təcrübəsinə malikdir. O, peşəkar karyerası ərzində Avropada “Telefonica”, “O2” və “Dell” şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

“Bakcell”in Direktorlar Şurasına təyinatından əvvəl o, 9 il BƏƏ-nin “e&” şirkətlər qrupunun (əvvəlki Etisalat) Biznes üzrə baş direktoru, sonra isə qrupun müəssisə və hökumət qurumlarına rəqəmsal transformasiya xidməti göstərən “e& enterprise” adlı törəmə şirkətinin baş icraçı direktoru vəzifələrini icra edib.

S.Anqlada İspaniyanın “Instituto de Empresa” universitetində icraçı MBA və “Madrid UPM” universitetində sənaye mühəndisliyi üzrə magistr dərəcəsi alıb. O, həmçinin Silikon vadisinin “Singularity” Universitetində icraçı proqramı və IESE Business Məktəbində PDG proqramını uğurla bitirib.

“Bakcell” MMC “NEQSOL Holding”in tərkibinə daxil olan mobil operatordur.

NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Son xəbərlər
Digər xəbərlər