12 C
Baku
Thursday, March 28, 2024

“Baker Hughes” Rusiyaya investisiyalarını dayandırır

Beynəlxalq neft-mədən xidmətləri şirkəti “Baker Hughes” Ukrayna hadisələri ilə əlaqədar Rusiyadakı fəaliyyətinə yeni investisiyaların qoyulmasını dayandırmaq qərarına gəlib.

Bu barədə məlumat şirkətin öz saytında dərc edilib.

Şirkətin sədri və icraçı direktoru Lorenzo Simonelli bildirib ki, rəhbərlik etdiyi qurum Ukraynadakı vəziyyətin inkişafını izləməyə davam edir. Onun sözlərinə görə, şirkət qüvvədə olan beynəlxalq qanunlara və sanksiyalara, habelə cari müqavilə öhdəliklərinə əməl etməyə davam edəcək.

 

“Ukraynadakı böhran böyük narahatlıq doğurur və biz diplomatik həll yolunu qətiyyətlə dəstəkləyirik”, – Simonelli bildirib

 

 

Son xəbərlər
Digər xəbərlər