22 C
Baku
Thursday, October 3, 2024

“Baker Tilly Audit Azərbaycan” qanunvericiliyi pozub, cərimələnir

“Baker Tilly Audit Azərbaycan” QSC-yə mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə inzibati cərimə yazılıb.

Banker.az xəbər verir ki, protokola Nəsimi Rayon Məhkəməsində baxılacaq və işə baxan hakim Azər Tağıyevdır.

Qeyd edək ki, protokol İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə) maddəsi ilə tərtib edilib.

Vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, Azərbaycan bazarında 14 ildən artıq fəaliyyət göstərən “Baker Tilly Azərbaycan” şirkəti, hal-hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınmaqdadır.

Son xəbərlər
Digər xəbərlər