Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edilir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə noyabrın 24-dən əlavə qatar reysləri təyin edir.

ADY-dən bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün, hər iki istiqamətə səfər etmək olar.

Şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə olunur ki,

– COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər

– Sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.

Sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər