3 C
Baku
Wednesday, February 28, 2024

Bakı Apellyasiya Məhkəməsinə hakimlər təyin olunub – Siyahı

Bakı Apellyasiya Məhkəməsinə hakimlər təyin edilib.

Bununla bağlı “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib:

– Allahverdiyev Elbəy Hidayət oğlu – Bakı Hərbi Məhkəməsinin hakimi;

– Hüseynov Pərviz Aktiv oğlu – Bakı İnzibati Məhkəməsinin hakimi;

– Qasımov Fərrux Hüseynağa oğlu – Bakı Kommersiya Məhkəməsinin hakimi;

– Abdıyev Fuad Vilayət oğlu – Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;

– Rüstəmli Məhəmməd Əli oğlu – Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi;

– Bəhrəmzadə Sabit Xanlar oğlu – Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi;

– Musayeva Cəmilə Ceyhun qızı – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;

– Səmədov Rəşid Əfraim oğlu – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi;

– İbrahimov Anar Firdovsi oğlu – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi;

– Axundova Günay Təyar qızı – Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;

– Əyyubov Fərid İlham oğlu – Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi;

Hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan İlham Məmməd oğlu Cəfərov da həmin tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər