Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova burdakı işindən ayrılıb.
Banker.az xəbər verir ki, o, bu haqda məlumatı Facebook səhifəsindən verib.
O, 2018-ci ildən fəaliyyət göstərdiyim və mənə çox doğma olan Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə yollarının ayrıldığını bildirib.
Qeyd edək ki, Pərvin Məmmədova bundan sonra işinə Odlar Yurdu universitetinin “İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi”nin müdiri kimi davam edəcək.