“Bakı” Elektrik Stansiyasında 8.4 milyard kVt/s elektrik enerjisi istehsal edilib

16 il ərzində “Bakı” Elektrik Stansiyasında 8.4 milyard kVt/s elektrik enerjisi istehsal edilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin “Twitter” hesabında qeyd edilib.

Naziriliyin paylaşımında bildirilir ki, modul tipli “Bakı” Elektrik Stansiyası 22 fevral 2007-ci il tarixində istismara verilib.

Hər birinin gücü 8.7 MVt olan 12 ədəd qaz porşenli aqreqatdan (QPA) ibarət stansiyanın ümumi qoyuluş gücü 104.4 MVt təşkil edir.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər