28 C
Baku
Saturday, July 27, 2024

“Bakı Enerji Quraşdırma” adını dəyişdirir, rəhbərliyini yenidən formalaşdırır

25 yanvar 2023-ci il tarixində “Bakı Enerji Quraşdırma” ATSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın keçirilməsi Hövsan Mədəniyyət evi – Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov 9 ünvanında, saat 12:00-a təyin edilmişdir.

Gündəliyə aşağıdakı məsələlər daxil edilmişdir:

1. “Bakı Enerji Quraşdırma” ATSC-nin adının dəyişdirilməsi və Nizamnaməsinin qüvvədə olan qanunvericiliyiə uyğunlaşdırılması ilə əlaqədar yeni redaksiyada təsdiq edilməsi;

2. İcra orqanının formalaşdırılması və qanuni təmsilçinin seçilməsi;

3. Müşahidə Şurasının yaradılması və tərkibinin təsdiq edilməsi;

4. Təftiş Komissiyasının yaradılması və tərkibinin təsdiq edilməsi;

5. Hesablama Komissiyasının yaradılması və tərkibinin təsdiq edilməsi;

6. Audit Komissiyasının yaradılması və tərkibinin təsdiq edilməsi;

7. Cəmiyyətin fəaliyyəti ilə bağlı digər məsələlər və inzibati işlər

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla ümumi yığıncaq zamanı tanış olmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər