2 C
Baku
Saturday, December 14, 2024

Bakı Fond Birjasında dövlət qısamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Mayın 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac və istiqrazların buraxılış parametrləri açıqlanıb.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, istiqrazların ümumi həcmi 10 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, istiqrazların tədavül müddəti 364 və 182 gündür.

İstiqrazlar 2017-ci il mayın 16-da və noyabrın 15-də ödəniləcək. “Paşa Kapital” ASC anderrayter vəzifəsində çıxış edəcək.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Son xəbərlər
Digər xəbərlər