10 C
Baku
Friday, December 13, 2024

“Bakı Fond Birjası”nda ötən il 45 yerləşdirmə olub

2022-ci ildə “Bakı Fond Birjası” QSC-də (BFB) səhm və istiqrazlarla bağlı 45 yerləşdirmə olub.

Bunu BFB-də keçirilən “Emitent günü” tədbirində Birjanın İdarə Heyətinin sədr əvəzi Eldar Abdullayev bildirib.

“2023-cü ildə bu rəqəmi artırmağı planlaşdırırıq”, – deyə o qeyd edib.

Xatırladaq ki, ötən il BFB-də bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri əvvəlki ilə nisbətən 2.3 % az – 14 milyard 947.985 milyon manat təşkil edib. İl ərzində bağlanmış əqdlərin sayı isə 11.2 % azalaraq 10 501 olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər