13 C
Baku
Friday, April 19, 2024

Bakı Fond Birjasının funksiyaları nədən ibarətdir?

Qapalı Səhmdar Cəmiyyəti formasında yaradılmış Bakı Fond Birjası (BFB) hazırda kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Birja 2000-ci ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi ilə 18 səhmdar tərəfindən yaradılıb. Hazırda isə İstanbul Fond Birjası da daxil olmaqla birjanın 20 səhmdarı var.    

Bakı Fond Birjası aşağıdakı maliyyə alətləri ilə ticarəti təşkil edir:

1. Səhmlər

2. Korporativ istiqrazlar

3. Dövlət qiymətli kağızları (Azərbaycan Mərkəzi Bankının Notları, Maliyyə Nazirliyinin istiqrazları)

4. Repo

Bunlarla yanaşı, BFB özünün aylıq bülletenlərini çıxarır. Bülletendə Birjada tədavül edən  qiymətli kağızların  qiymətləndirilməsi, qeydiyyatdan keçirilməsi və məzənnə haqqında məlumatlar dərc edilir.

Fond Birjasının funksiyası nədir?

Bakı Fond Birjasının əsas missiyası isə qiymətli kağızların satılmasını təşkil etməkdir. Birja qiymətli kağızların, əməliyyatlar vasitəsilə uzunmüddətli kapital qoyuluşlarına çevrilməsinə imkan yaradır.  Birja prosesi bir neçə mərhələni əhatə edir. Alıcı və satıcı üçün fərqi mərhələlər mövcuddur.

Alıcı üçün mərhələlər bunlardır:

  • Alqı sifarişlərinin tərtibi və qeydiyyatı;
  • Sifarişlərin birja satışlarına çıxarılması və onların icrası;
  • Əqdlərin qeydiyyatı və onlar üzrə hesablaşmalar.

Satıcı üçün isə birja prosesinin mərhələləri aşağıdakılardan ibarətdir:

  • Listinq;6
  • Satqı sifarişlərinin tərtibi və qeydiyyatı;
  • Sifarişlərin birja satışlarına çıxarılması və onların icrası;
  • Əqdlərin qeydiyyatı və onlar üzrə hesablaşmalar;
  • Qiymətli kağızların təqdim edilməsi.

Fond birjasının nizamnamə fondunun minimum məbləği 5 mlrd. manat həcmində müəyyən edilir. Birja adi adlı səhmlərdən başqa digər qiymətli kağızlar buraxa bilməz.

Son xəbərlər
Digər xəbərlər