8 C
Baku
Friday, December 13, 2024

Bakı Fond Birjasının gəlirləri kəskin düşdü – Səbəb nədir?

“Bakı Fond Birjası” QSC-nin 2020-ci ildəki gəlirlərinin kəskin düşməsi xalis mənfəətinə kəskin təsir edib.

Banker.az xəbər verir ki, bu barədə BFB-nin 2020-ci il üzrə audit hesabatında qeyd edilir.

BFB hesabat müddətində 1 983 min manat həcmində cəmi əqdlər üzrə tariflərdən gəlir əldə edib. Bu isə 2019-cu ilin göstəricilərindən 55.8% azdır. Birjanın cəmi gəlirlərinin həcmi isə 2 198 min manat olub.

Bildirməliyik ki, COVID-19 virusu ilə əlaqədar Bakı Fond Birjasında 1 aprel 2020-ci il tarixindən 1 yanvar 2021-ci il tarixinədək listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tariflərinin dayandırılmış, Birjada yeni tariflər cədvəlinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının notları üzrə komissiya 0.04%-dən 0.02%-ə azaldılması müəyyən edilmişdir. Bu da “Baker Tilly Azerbaian” tərəfindən qeyd edilib.

Fond birjasının 2020-ci ildə əməliyat xərclərinin həcmi isə 47% artımla 1 862 min manata yüksəlib. Burada, 862 min manat əməkhaqları və işçilərlə bağlı, 574 min manat digər inzibati xərc, 368 min manat əmlakın amortizasiyası və 58 min manatı qeyri-maddi aktivlərin amortizasiyası təşkil edir.

Gəlirlər və əməliyyat xərclərinin fərqindən sonra BFB-nin 337 min manat cəmi əməliyyat mənfəəti qalıb.

BFB 539 min manat faiz gəlirlərindən, 164 min manat əmlak və tikilərin satınalmasından, 111 min manat isə istiqrazların satışından gəlirlər əldə etdiyi halda 108 min manat cəmi maliyyə xərci çəkib ki, bu da  1 044 min manat mənfəət deməkdir. Bu mənfəətdən isə 218 min manat mənfəət vergisi ödəmiş və xalis mənfəəti il üzrə 826 min manat  olmuşdur. Öncəki ildə xalis mənfəət 3 023 min manat idi.

1 yanvar 2021-ci il tarixinə Bakı Fond Birjasının aktivlərinin həcmi 12 763 min manat, öhdəliklərinin həcmi 1 098 min manat və cəmi kapitalı isə 11 664 min manat olmuşdur.

213 1 1231231312

Son xəbərlər
Digər xəbərlər