17 C
Baku
Sunday, May 26, 2024

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb.

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul etmişdir.

Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində BFL-in şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması, saxlanma xərcləri ilə bağlı çətinliklər, habelə fəaliyyətin iqtisadi cəhətdən səmərəli olmamasıdır.

Belə ki, 320 şagird üçün nəzərdə tutulan məktəb, bu illər ərzində təsisçi tərəfindən təyin edilən hədəfə çatmamamış, 200 nəfərlik baryeri (60%) keçə bilməmiş, bu isə öz növbəsində məktəbin rentabelliyinə ciddi şəkildə təsir göstərmiş və təsisçi öz büdcəsindən hər il BFL-in fəaliyyətinin davam etdirməsi üçün əlavə xərcləri qarşılamaq məcburiyyətində qalmışdır.

Qeyd olunanları nəzərə alaraq cari vəziyyətdə BFL-in bundan sonrakı fəaliyyətini davam etdirməsi təsisçi tərəfindən mümkünsüz hesab edilmişdir.

BFL-də tədris ilinin 01.07.2024-cü il tarixində başa çatacağını nəzərə alaraq şagirdlər təhsil proqramının sonuna qədər təhsillərini davam etdirəcək və ləğv olunma haqqında qərar yalnız 01.07.2024-cü il tarixindən qüvvəyə minəcəkdir.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər