10 C
Baku
Friday, December 13, 2024

Bakı Gəncə, Sumqayıtda restoran və kafelər cərimələnib – Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il martın 2-də ölkə üzrə 300 ictimai iaşə obyektində 540 monitorinq keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Y. Məmmədəliyev küç., ev 4, m.21 ünvanında yerləşən, hüquqi şəxs “Levantine Group” MMC-yə məxsus kafe;

2. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 39 ünvanında yerləşən, hüquqi şəxs “ES-ER” MMC-yə məxsus restoran;

3. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küç., ev 53 ünvanında yerləşən, fiziki şəxs Rəcəbov Tale Əmrəddin oğluna məxsus “Sole Mio Caffetteria” restoranı;

4. Bakı şəhəri, Xətai rayonu, Xocalı pr., ev 29, m.44 ünvanında yerləşən, fiziki şəxs Balakişiyev Elçin Asif oğluna məxsus “Kofe Məkanı” kafesi;

5. Sumqayıt şəhəri, məh. 47 ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Qoşqar Sarı oğluna məxsus kafe;

6. Gəncə şəhəri, H. Əliyev prospekti 151 ünvanında yerləşən, fiziki şəxs Rəcəbov Ramil Sabir oğluna məxsus “Elegance” kafesi;

7. Gəncə şəhəri, Nizami küç., ev 70 ünvanında yerləşən, fiziki şəxs Məmmədova Fidan Çingiz qızına məxsus “Nostalji” kafesi.

Son xəbərlər
Digər xəbərlər