2021-ci ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65.7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7.1 faizini əsaslı təmir, 5.6 faizini cari təmir, 21.6 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Banker.az Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, ümumi inşaat işlərinin 89.4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.