9 C
Baku
Friday, December 13, 2024

Bakı-Lvov aviareyslərinin sayı artırılır

“Azərbaycan Hava Yolları” (AZAL) QSC iyulun 21-dən etibarən Bakıdan Ukraynanın Lvov şəhərinə həyata keçirilən birbaşa uçuşların sayını artırır.

Sözügedən istiqamətə uçuşlar artıq həftədə iki dəfə olmaqla, əvvəllər olduğu kimi bazar günü və cümə axşamı günləri həyata keçiriləcək.

AZAL-dan “Report”a bildirilib ki, “A319” və “A320” təyyarələri ilə həyata keçirilən reyslərə bir istiqamət üzrə biletin qiyməti “AZALJET” qaydaları ilə 49 avrodan, hər iki istiqamət üzrə isə 98 avrodan başlayır.

Son xəbərlər
Digər xəbərlər