1 C
Baku
Saturday, December 14, 2024

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 2 milyona yaxınlaşıb

Bu ilin I yarısında “Bakı Metropoliteni” QSC-də 1 milyon 725 min 35 sərnişin QR biletdən istifadə edib.

Banker.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, təkcə ötən ay isə QR biletlə ödəniş edən istifadəçilərin sayı mayla (447 min 237 sərnişin) müqayisədə 66,6 % artaraq, 745 min 138 sərnişin təşkil edib. Bu ödəniş üsulu ilə metropolitenə daxil olanların orta statistik gündəlik sayı ay ərzində ilk dəfə 20 min həddini keçib – 24 min 838 sərnişin olub.

Ay ərzində ən çox sərnişin iyun ayının 28-də qeydə alınıb və bir gün üçün 38 min 890 nəfər təşkil edib. Mayda rekord göstərici 22 min 55 sərnişin olmuşdu. Ümumiyyətlə, iyun ayının 14-dən sonra iş günlərində QR bilet istifadəçilərinin sayı günbəgün artmaqla, 30 min sərnişindən çox olub.

İlin ilk ayı üzrə yanvarda 109 min 680, fevralda 148 min 25, martda 177 min 567 və apreldə 257 min 198 sərnişin QR bilet istifadəçisi kimi metropolitenə daxil olub.

Stansiyalar üzrə statistikada “28 May” stansiyası liderliyini qoruyur və bir ay ərzində 30 minə yaxın sərnişin artımı ilə 70 min həddini keçib. Stansiyada 70 min 36 sərnişin QR biletlə ödəniş edib. Daha stansiyada isə bir ay ərzində 50 min sərnişin səddi aşılıb: “Gənclik” (59 min 473), “Nərimanov” (53 min 125), “Koroğlu” (52 min 289) və “20 Yanvar” (51 min 743).

Son xəbərlər
Digər xəbərlər