“Bakı Ovuntu Metallurgiya” ASC-nin 2025-ci ildə xalis mənfəəti isə 4.1 dəfə artaraq 9 977 manatdan 41 275 manata çatıb.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
“Bakı Ovuntu Metallurgiya” ASC-nin əsas əməliyyat gəlirləri 2024-cü illə müqayisədə 75% (və ya 133 min 925 manat) artaraq 179 min 618 manatdan 313 min 543 manata yüksəlib. Satışın maya dəyəri gəlirlərdən daha yavaş tempdə böyüyüb. Şirkətin satış üzrə maya dəyəri xərcləri 61% artaraq 155 906 manatdan 251 019 manata çatıb.
Hesabat dövründə şirkət inzibati xərclərini 3% azaldaraq 11 241 manatdan 10 930 manata salıb.
Xatırladaq ki, “Bakı Ovuntu Metallurgiya” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 480 610 manatdır və qanuni təmsilçisi Tofiq Rüstəmovdur.







