16 C
Baku
Monday, May 20, 2024

“Bakı Polad Burazlar” zərərdən çıxa bilməyib

“Bakı Polad Burazlar” ASC 2023-cü ili 3 026 manat zərərlə başa vurub. 2022-ci ildə şirkətin zərəri 73 120 manat olub ki, bu da illik müqayisədə zərərin 24 dəfə azalması deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Şirkət 2021-ci ili 71 min manat, 2020-ci ili 123 min manat xalis zərər ilə başa vurmuşdu.

Ötən il “Bakı Polad Burazlar”ın əsas əməliyyat gəliri 738 414 manat (əvvəlki ilə nisbətən 9.3% az) təşkil edib.

31 dekabr 2023-cü il tarixinə “Bakı Polad Burazlar”ın aktivləri 333 498 manat olub ki, bu da 1 il əvvəllə müqayisədə 3.5 dəfə azalıb. Hesabat dövründə şirkətin kapitalı 130 350 manatdan 130 349 manata, öhdəlikləri isə 1 milyon 21 min manatdan 203 min manata düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər