32 C
Baku
Thursday, June 13, 2024

Bakı şəhəri üçün sərnişindaşıma modeli hazırlanıb

Beynəlxalq Nəqliyyat Forumunun (BNF) ekspertləri tərəfindən hazırlanmış Azərbaycan üçün yükdaşıma modeli, Bakı şəhəri üçün sərnişindaşıma modeli və BNF-nin qlobal yükdaşıma modelinin təqdimatı keçirilib.

Bu təqdimat Bakıda keçirilən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və BNF ilə birgə həyata keçirilmiş “Azərbaycanda 2019-2022-ci illər ərzində nəqliyyatın dekarbonizasiyası” layihəsinin yekunu olaraq Azərbaycanda Nəqliyyatın Dekarbonizasiyası Regional Dialoq Tədbirində baş tutub.

Tədbir çərçivəsində nəqliyyatın dekarbonizasiyası ilə bağlı oxşar problemlərlə üzləşən ölkələr arasında fikir mübadiləsi aparılıb.

Regional tədbir Almaniyanın İqtisadiyyat və İqlim Dəyişikliyi üzrə Federal Nazirliyi tərəfindən maliyyələşdirilən “İnkişaf etməkdə olan Ölkələrdə Nəqliyyatın Dekarbonizasiyası” layihəsinin bir hissəsini təşkil edir.

Tədbirdə Özbəkistan, Monqolustan, Hindistan və Argentinanın müvafiq qurumlarının, eləcə də BMT-nin İnkişaf Proqramı və Asiya İnkişaf Bankının mütəxəssisləri iştirak ediblər.

Qeyd edək ki, bu layihənin məqsədi nəqliyyatda CO2 emissiyalarını azaltmaq üçün nəqliyyat emissiyalarına dair ümumi qiymətləndirmə çərçivəsinin hazırlanması və ölkələrin iqlim məqsədlərinə çatması üçün onlara dəstək verilməsidir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər