Bakı Sağlamlıq Mərkəzi – BSM ötən ili 6.72 mln. manat zərərlə başa vurub.
Banker.az bu barədə tibbi müəssisinin 2020-ci il üzrə maliyyə hesabatına istinadən xəbər verir.
Bakı Sağlamlıq Mərkəzinin ötən ilki zərərinin həcmi 2019-ci ildəki rəqəmləri 4.7% üstələmişdir.
Bu zərərin ardından BSM-in balansındakı zərərin həcmi 12.96 mln. manata çatıb.
Müəssisə ötən il 15.49 mln. manat gəlir əldə edib, bu da illik müqayisədə 97% artım deməkdir. BSM-in əməliyyatlarının maya dəyəri isə 22.21 mln. manat təşkil edib, bu da illik müqayisədə 36.2% artımdır.