22 C
Baku
Monday, May 27, 2024

“Bakı Sığorta” maddi ziyanın ödənilməsinə görə “Xəzri Lizinq”i məhkəməyə verdi

Azərbaycanda iki şirkət arasında mübahisə işi məhkəməyə aparıb çıxarıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Bakı Sığorta” ASC “Xəzri Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyət və Şulumov Nizami Mirzə oğlu, Lətifov Şərifəddin Eldar oğlu ilə bağlı iddia qaldırıb.

Sığorta şirkəti iddia ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə baxan hakim Günay Namazovadır.

Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsidir.

Bildirək ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər