“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin maliyyə departamentinin direktoru Azər Əliyev, maliyyə departamentinin iqtisadçısı Sevinc Nağıyani və mühasib Şəhla Nağıyevanın məhkəməsi başa çatıb.
İttiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxslər 26 fevral 2008-ci il tarixdən 19 mart 2012-ci il tarixədək olan müddət ərzində, saxta sənədlər tərtib etməklə özgənin 3.216.333 manat 35 qəpik məbləğində əmlakını talayıblar.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Azər Əliyev 10 il, Sevinc Nağıyani 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Şəhla Nağıyeva barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunması ilə 7 il 6 ay müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Teleqraf.com