“Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ramil Ağayev işdən çıxıb.
Bu barədə sığorta sektorunun iştirakçılarından məlumat daxil olub.
Ramil Ağayevməlumatı təsdiqləyib: “Məlumat həqiqəti əks etdirir. Hələlik yeni iş yerimlə bağlı bir neçə variant üzərində düşünürəm”.
R. Ağayev əlavə edib ki, hələlik şirkətin İdarə Heyəti sədri vəzifəsinə təyinat yoxdur.
APA