9 C
Baku
Thursday, December 12, 2024

“Bakı Sığorta”nın yığımları 1 milyon manatdan çox azalıb

“Bakı Sığorta” ASC-nin 2023-cü ilin yanvar-oktyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-oktyabr ayında  4.368 mln manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 1.032 mln manat və ya 19% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 5.400 mln manat təşkil etmişdir.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8.925 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər