10 C
Baku
Thursday, December 12, 2024

“Bakı Sığorta”nın yığımları yarım milyon manat azalıb

“Bakı Sığorta” ASC-nin 2023-cü ilin yanvar-avqust ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-avqust ayında 3.715 mln manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 551 min manat və ya 13% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 4.266 mln manat təşkil etmişdir.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8.925 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər