Bakı Slavyan Universitetində təmir işlərinin satın alınması həyata keçiriləcək
Banker.az xəbər verir ki, Bakı Slavyan Universitetinin tədris binaları və yataqxanasında cari təmir işlərinin həyata keçirilməsi üçün satınalma müsabiqəsi elan edilib.
Məlumata görə, təmir işlərinin icrası “Leqo Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçiriləcək.
Layihənin ümumi dəyəri 1 433 911 manat təşkil edir.
Satınalma çərçivəsində universitetin tədris korpuslarında və yataqxana binasında cari təmir və yenilənmə işlərinin görülməsi nəzərdə tutulur.







