23 C
Baku
Tuesday, April 23, 2024

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Banker.az-a verilən məlumata görə, Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar 19.10.2018-ci il saat 00-00-dan etibarən 31.10.2018-ci il (daxil olmaqla) saat 00-00-dək “Texniki fasilə” verilir. Bununla əlaqədar olaraq 22.10.2018-ci il tarixdən etibarən 31.10.2018-ci il (daxil olmaqla) tarixinədək həftənin I-V günləri Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.

20, 21, 27, 28/10-2018-ci il tarixlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti ləğv edilir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə ətraflı məlumatı daim yenilənən www.ady.az saytından əldə edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər