26 C
Baku
Saturday, July 27, 2024

Bakı-Sumqayıt marşrutu üzrə qatarlar iki gün hərəkətdə olmayacaq

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarları iki gün hərəkətdə olmayacaq.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyunun 14-ü və 15-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq. İyunun 16-dan qatarların cari qrafik əsasında Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkəti bərpa olunacaq.

Son xəbərlər
Digər xəbərlər