Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaçıların dekabr ayı üzrə pensiya vəsaitlərini artıq onların hesablarına köçürüb.
Nazirlikdən verilən məlumata görə, həmin pensiyaçılar müvafiq bankların bankomatlarından pensiyalarını əldə edə bilərlər.