Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasının başa çatacağı yeni tarix açıqlanıb

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin inşası 2022-ci ilin sonuna qədər başa çatdırılmalıdır.

Bu barədə Gürcüstanın “Business Media” nəşri yazıb.

Gürcüstan ərazisində layihəyə cavabdeh olan “Marabda-Kartsaxi” MMC-nin maliyyə hesabatına istinadla qeyd edilib ki, tikinti işlərinin yekunlaşdırılması ilə bağlı yeni tarix bu ilin fevralın 24-də İkitərəfli Koordinasiya Şurasının 32-ci toplantısında razılaşdırılıb.

Sənədə əsasən, BTQ layihəsinin tam başa çatdırılmasından sonra ilk mərhələdə 5 milyon ton yükün daşınacağı təxmin edilir.

Hesabatda vurğulanıb ki, dəmir yolunun Gürcüstan hissəsindəki Axalkalaki stansiyasında konteynerlər və müxtəlif növ yüklərə xidmətlərin göstərilməsi üçün infrastruktur yaradılıb.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər