13 C
Baku
Tuesday, May 7, 2024

“Bakı Toxuculuq Qalantereya” ASC dividendləri bölüşdürəcək

“Bakı Toxuculuq Qalantereya” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 25 iyun 2022-ci il tarixdə saat 10.00-da Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi 39 ünvanında keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin açıqlamasında deyilir.

Cəmiyyətin bu dəfəki gündəliyinə 2021-ci il üzrə maliyyə hesabatlarının və illik maliyyə balansının təsdiqi, dividendlərin bölüşdürülməsi, cəmiyyətin seçkili orqanlarının və rəhbərlərinin seçilməsi və digər məsələlər daxildir.

Eyni zamanda bildirilir ki, səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər