10 C
Baku
Thursday, December 12, 2024

Bakı üçün 14 milyon manat ayrıldı

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Banker.az xəbər verir ki, tenderin qalibi “Star Construktion-12” QSC-dir.

Qalib şirkətə 13 470 943 manat ödəniləcək.

Bildirək ki, “Star-Construktion 12” Qapalı Səhmdar Cəmiyyət 2016-ci ildə dövlət qeydiyyatına alınıb. Bu QSC-nin nizamnamə kapitalı 2050 manatdır və qanuni təmsilçisi Mirsahib Bayramov Atamalı oğludur.

Son xəbərlər
Digər xəbərlər