17 C
Baku
Friday, April 19, 2024

Bakı üzrə ticarət dövriyyəsi 5,4% artıb

Bu ilin yanvar ayında Bakı üzrə ticarət dövriyyəsi 2019-cu ilin müvafiq ayı ilə müqayisədə 5,4% artaraq 1697,8 mln. manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsinə verdiyi məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 6,5% artaraq 812,5 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,7% artaraq 885,3 mln. manata bərabər olub.

İstehlak məhsullarının 29,2%-i hüquqi şəxs statuslu müəssisələrdə, 19,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 51,3%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

©APA

Son xəbərlər
Digər xəbərlər