12 C
Baku
Friday, March 29, 2024

Bakı və Abşeronda rəqəmsal radionun test yayımına başlanılacaq

Yaxın vaxtlarda Bakı və Abşeron yarımadasında rəqəmsal radionun test yayımına başlanacaq. 
 
Banker.az xəbər verir ki, bunu APA-ya “Teleradio” İstehsalat Birliyindən deyiblər.
 
Rəqəmsal radio yayımı Avropanın DAB (Digital Audio Broadcasting) standartı ilə təşkil olunacaq.
 
“Test yayımı ilə bağlı 1 verici quraşdırılacaq ki, bu da qeyd olunan əraziləri qismən əhatə edəcək”, – deyə “Teleradio”dan qeyd ediblər.
 
İstehsalat Birliyindən həmçinin bildirilib ki, hazırda ölkədə DAB texnologiyanı dəstəkləyən radioların sayı olduqca azdır. Lakin bu texnologiyanın tətbiqindən sonra onların sayının gələcəkdə artacağı gözlənilir.
Son xəbərlər
Digər xəbərlər